Türkiyədə "Novruz" reklamının yayımlanmasına qadağa qoyulub

Türkiyədə "Novruz" reklamının yayımlanmasına qadağa qoyulub Qanunla qadağan olunan atributlardan istifadə olunduğuna görə reklamın yayımına qadağa qoyulub
Region
23 Mart , 2015 14:11
Türkiyədə Novruz reklamının yayımlanmasına qadağa qoyulub

Bakı. 23 mart. REPORT.AZ/ Yüksək Seçki Şurası (YSK) AK Partiyanın Novruz üçün hazırlatdığı reklamın yayımının dayandırılmasına qərar verib. Qərarda reklamdaki Türk Bayrağı və dini simvollar çıxarılarsa reklamın yayımlanmasına icazə veriləcəyi qeyd olunub.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, AK Partiya tərəfindən hazırlanan və Türkiyənin bütün dəyərləri, rəngləri, sevincləri eyni ekranda birləşdirdiyi göstərilən reklam filmində türkiyə qanunvericiliyi ilə qadağan olunan nüanslardan istifadə edilib.YSK 298 saylı qanunun 58. maddəsinə əsasən, “təbliğat və siyasi reklamlarda Türk Bayrağı və dini simvolların istifadə qadağandır” deyə qərar verib. Bu səbəbdən də reklamın yayımlanması hələlik qadağan olunub.

Türkiyənin fərqli bölgələrindən və fərqli coğrafiyalardan insan və təbiət mənzərələri göstərilən reklam filmin çəkilişləri Kayseri, Mardin, İstanbul, Ankara, Artvin, Rize, Diyarbakır, İzmir, Ağrı kimi 20-yə yaxın Türkiyə şəhəri, Azərbaycan və Makedoniyaya aparılıb.

Qeyd edək ki, AK Partinin təcürbəsində ikinci belə xəbərdir ki, qanunla qadağan olunmuş nüanslardan istifadəsinə görə, yayımına qadağa qoyulur. 

Son xəbərlər

Orphus sistemi