Türkiyədə neft-qaz boru kəmərlərini təxribatdan qorumaq üçün sistem hazırlanıb

Türkiyədə neft-qaz boru kəmərlərini təxribatdan qorumaq üçün sistem hazırlanıb "Midas" sistemi fiber optik sensor vasitəsilə kəmərlərin üzərindəki ən kiçik fəallığı belə qeydə alır
Region
1 Avqust , 2016 15:45
Türkiyədə neft-qaz boru kəmərlərini təxribatdan qorumaq üçün sistem hazırlanıb

Bakı. 1 avqust. REPORT.AZ/ Türkiyəli mühəndislər ölkənin neft və qaz boru kəmərlərini təxribatdan qoruyacaq "Midas" sistemini işləyib hazırlayıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu sistem fiber optik sensor vasitəsilə kəmərlərin üzərindəki ən kiçik fəallığı, o cümlədən 50 km-lik məsafədə yerləşən ərazidə avtomobil və insanların hərəkətini belə qeydə alır.

Bu sisteminin köməyi ilə Türkiyə üçün böyük əhəmiyyət kəsb edən BOTAŞ şirkətinin neft və qaz boru kəmərlərinin müdafiəsini təmin etmək nəzərdə tutulub.

Qeyd edək ki, "Midas" sistemi Bilkent Universiteti yanında NANOTAM nanotexnoloji araşdırma mərkəzi və Ankara Yaxın Şərq Texniki Universiteti ilə əməkdaşlıq sayəsində daxili resurslar hesabına hazırlanıb.

ASELSAN mühəndislərinin bu işini Türkiyə Müdafiə Sənayesi üzrə Katiblik və BOTAŞ şirkətinin rəhbərliyi qəbul edib.

Son xəbərlər

Orphus sistemi