​Türkiyədə mitinq zamanı partlayış baş verib, 2 nəfər ölüb, 100 nəfər yaralanıb

​Türkiyədə mitinq zamanı partlayış baş verib, 2 nəfər ölüb, 100 nəfər yaralanıb Hadisə Xalqların Demokratik Partiyasının mitinqində qeydə alınıb
Region
5 İyun , 2015 23:14
​Türkiyədə mitinq zamanı partlayış baş verib, 2 nəfər ölüb, 100 nəfər yaralanıb

Bakı. 05 İyun. REPORT.AZ/ Türkiyənin kürdyönlü Xalqların Demokratik Partiyası tərəfdarlarının Diyarbəkir əyalətində meydana toplaşdığı zaman partlayış baş verib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehdi Ekerin məlumatına görə, ardarda baş verən iki partlayış nəticəsində 2 nəfər ölüb, 100 nəfər yaralanıb.

Meydana toplaşanlar etiraz əlaməti olaraq hadisə yerində qalıblar. İlkin məlumatlara görə, partlayış meydanda olan transformator ərazisində baş verib.

Son xəbərlər

Orphus sistemi