Türkiyədə bütün hərbi məktəblər Milli Müdafiə Nazirliyinin tabeliyinə verilib

Türkiyədə bütün hərbi məktəblər Milli Müdafiə Nazirliyinin tabeliyinə verilib Bundan sonra hərbi təhsil yalnız Milli Müdafiə Universitetinə bağlı məktəblərdə veriləcək
Region
1 Avqust , 2016 16:40
Türkiyədə bütün hərbi məktəblər Milli Müdafiə Nazirliyinin tabeliyinə verilib

Bakı. 1 avqust. REPORT.AZ/ Türkiyədə Milli Müdafiə Universiteti yaradılıb. 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, bununla Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, Milli Müdafiə Universiteti Türkiyə Milli Müdafiə Nazirliyinə bağlı olacaq. Ali təhsil müəssisəsinə rektor Milli Müdafiə Nazirliyinin təklifi ilə baş nazirin münasib gördüyü üç namizəd arasından ölkə prezidenti tərəfindən seçilərək təyin olunacaq. 

Milli Müdafiə Universitetinin tərkibində Quru, Dəniz və Hərbi Hava məktəbləri, gizir və zabitlərin təhsil aldığı ali hərbi məktəblərlə yanaşı, tam hərbi təhsil vermək məqsədilə qurulacaq universitetlər də olacaq. 

Quru, Dəniz və Hərbi Hava məktəbləri, gizir və zabitlərin təhsil aldığı ali hərbi məktəblərə Milli Müdafiə Universitetinin tabeliyində olsa da, öz nizamnamələrinə görə fəaliyyət göstərəcəklər. Bu məktəblərə qəbul Milli Müdafiə Nazirliyi tərəfindən həyata keçiriləcək. 

Məlumata görə, bundan sonra hərbi təhsil yalnız Milli Müdafiə Universitetinə bağlı məktəblərdə veriləcək və bağlanan hərbi lisey, məktəb və akademiyalardakı tələbələr Ali Təhsil Şurası (YÖK) və Milli Təhsil Nazirliyi tərəfindən müvafiq hərbi məktəblərə köçürüləcəklər. 

Son xəbərlər

Orphus sistemi