​Türkiyədə məktəbdə partlayış olub, 5 şagird yaralanıb

​Türkiyədə məktəbdə partlayış olub, 5 şagird yaralanıb Partlayış əldəqayırma qumbara ilə törədilib
Region
22 Yanvar , 2016 14:03
​Türkiyədə məktəbdə partlayış olub, 5 şagird yaralanıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Türkiyənin Diyarbəkir əyalətinin Bağlar rayonundakı Çələbi Eser orta məktəbində şagirdlərin səhər toplantısı zamanı törədilən partlayış nəticəsində 5 məktəbli yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış əldəqayırma qumbara ilə törədilib.

Hadisə ilə bağlı təhlükəsizlik və polis orqanları araşdırma aparır. 

Son xəbərlər

Orphus sistemi