Türkiyədə kömür mədəni uçub: ölən və yaralanan var

Türkiyədə kömür mədəni uçub: ölən və yaralanan var Hadisə Zonquldağ vilayətinin Dilavər məhəlləsindəki özəl kömür mədənində baş verib
Region
9 Yanvar , 2015 19:41
Türkiyədə kömür mədəni uçub: ölən və yaralanan var

Bakı. 9 yanvar. REPORT.AZ/ Türkiyədə kömür mədəni çöküb. "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Zonquldağ vilayətinin Dilavər məhəlləsindəki özəl kömür mədənində baş vermiş hadisədə 32 yaşlı Sinan Cin və 28 yaşlı Kadir Nalbant torpaq uçqunu altında qalıb.

Məlumata görə, iş yoldaşlarının təxminən yarım saatlıq səylərindən sonra torpaq uçqununun altından çıxarılan hər iki şəxs ambulansla xəstəxanaya qaldırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, S.Cinin həyatını xilas etmək mümkün olmayıb. K.Nalbantın isə sağlıq durumun yaxşı olduğu bildirilib. 

Hadisənin başvermə səbəbləri məlum deyil. 

Son xəbərlər

Orphus sistemi