Türkiyədə koalisiya hökumətinin qurulması üçün bu gün ilk rəsmi görüş keçiriləcək

Türkiyədə koalisiya hökumətinin qurulması üçün bu gün ilk rəsmi görüş keçiriləcək Əhməd Davudoğlu seçkidə ikinci olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu ilə bir araya gələcək
Region
13 İyul , 2015 10:38
Türkiyədə koalisiya hökumətinin qurulması üçün bu gün ilk rəsmi görüş keçiriləcək

Bakı. 13 iyul. REPORT.AZ/ Türkiyədə koalisiya hökumətinin qurulması üçün bu gün rəsmi danışıqlar başlayır. 

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

İyulun 7-də keçirilən parlament seçkisində ən çox səs toplayan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hökumət qurmaq üçün mandat verdiyi Ədalət və İnkişaf Partiyasının sədri, baş nazir səlahiyyətlərini icra edən Əhməd Davudoğlu ilk rəsmi görüşünü seçkidə ikinci olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu ilə keçirəcək. 

Növbəti görüş iyulun 14-də olacaq. Ə.Davudoğlu seçkidə 80 deputat mandatı qazanan Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı ilə bir araya gələcək. Ə.Davudoğlunun üçüncü görüşü isə iyulun 15-də Xalqların Demokratik Partiyasının həmsədrləri Səlahəttin Dəmirtaş və Firgen Yüksəkdağla olacaq.

Birinci görüşdə partiya sədrləri yeni hökumətin qurulması ilə bağlı öz şərtlərini irəli sürəcək.

Ramazan Bayramından sonra görüşlərin ikinci turu olacaq. Ə.Davudoğlu koalisiya qurmaq ehtimalı ən çox olan siyasi partiya lideri ilə görüşəcək.   

Son xəbərlər

Orphus sistemi