​Türkiyədə koalisya hökumətinin qurulması ilə bağlı görüşlərin tarixi açıqlanıb

​Türkiyədə koalisya hökumətinin qurulması ilə bağlı görüşlərin tarixi açıqlanıb Əhməd Davudoğlu: "İctimaiyyətdən heç nəyi gizlətməyəcəyik"
Region
9 İyul , 2015 15:15
​Türkiyədə koalisya hökumətinin qurulması ilə bağlı görüşlərin tarixi açıqlanıb

Bakı. 9 iyul. REPORT.AZ/ "Prezident Rəcəb Tayyib Ərdoğan bu gün koalisiya hökumətini qurmaq üçün tapşırıq verə bilər".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının sədri, Türkiyə baş naziri səlahiyyətlərini icra edən Əhməd Davudoğlu parlamentdə partiyasını təmsil edən deputatların iclasında bildirib.

"Gələn həftə, Ramazan bayramından əvvəl hökumətin qurulması ilə bağlı ilk görüş keçirəcəyəm. Bu müddət ərzində mövqeyimiz açıq və qətidir. İctimaiyyətdən heç nəyi gizlətməyəcəyik. Şəffaf bir şəkildə görüş keçirəcəyik", - deyə Əhməd Davudoğlu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi