Bakı. 8 sentyabr. REPORT.AZ/ Türkiyənin xüsusi təyinatlıları Hakkari əyalətinin Dağlıca kəndində keçirdiyi əməliyyat nəticəsində PKK-nın 73 terrorçusunu zərərsizləşdirib, 25-ni isə sağ ələ keçirib.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Belə ki, 12 nəfərlik komandos qrupu ratsiyanı söndürərək, 16 türk əsgərinin şəhid olduğu kənddə əməliyyat keçirib.
Keçirdikləri əməliyyat nəticəsində xüsusi təyinatlılardan heç biri xəsarət almayıb.
Qeyd edək ki, həmin xüsusi təyinatlı dəstənin itkin düşdüyü ehtimal edilirdi.