Türkiyədə işdən kənarlaşdırılacağını öyrənən polis əməkdaşı özünü öldürüb

Türkiyədə işdən kənarlaşdırılacağını öyrənən polis əməkdaşı özünü öldürüb Faktla bağlı araşdırmalar aparılır
Region
21 İyul , 2016 15:59
Türkiyədə işdən kənarlaşdırılacağını öyrənən polis əməkdaşı özünü öldürüb

Bakı. 21 iyul. REPORT.AZ/ Türkiyənin Düzcə şəhərində işdən kənarlaşdırılacağını öyrənən polis əməkdaşı intihar edib. 

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, hadisə Akçakoca rayonunda Düzcə Şəhər Polis İdarəsi Regional Yol Polisi Şöbəsində baş verib. 

Belə ki, Halil Gök Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində vəzifəsindən uzaqlaşdırılacağını öyrənib və xidməti tapançasından başına atəş açaraq özünü öldürüb. 

Faktla bağlı araşdırmalar aparılır. 

Son xəbərlər

Orphus sistemi