Türkiyədə iki yol qəzasında 13 nəfər ölüb, 11 nəfər yaralanıb - VİDEO

Türkiyədə iki yol qəzasında 13 nəfər ölüb, 11 nəfər yaralanıb - VİDEO Hadisələr Konya və Ankara şəhərlərində baş verib
Region
10 İyun , 2016 14:11
Türkiyədə iki yol qəzasında 13 nəfər ölüb, 11 nəfər yaralanıb - VİDEO

Bakı. 10 iyun. REPORT.AZ/ Türkiyənin Konya şəhərində ağır yol qəzası baş verib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ereğli rayonunda yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 10 nəfər ölüb.

Ereğli-Konya yolunun 17-ci kilometrliyində baş verən qəzada daha 4 nəfər xəsarət alıb.

Bundan əlavə, Ankara şəhərinin Ayaş rayonunda yük avtomobili ilə məktəbliləri daşıyan avtobus toqquşub. Nəticədə 3 şagird ölüb, 7 nəfər yaralanıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır. 

Son xəbərlər

Orphus sistemi