Türkiyədə iki vilayətin adı dəyişdirilir

Türkiyədə iki vilayətin adı dəyişdirilir Bununla bağlı ölkə parlamentinə qanun layihəsi təqdim olunub
Region
2 Avqust , 2016 12:08
Türkiyədə iki vilayətin adı dəyişdirilir

Bakı. 2 avqust. REPORT.AZ/ Türkiyədə iki vilayətin adı dəyişdirilir və inzibati ərazi vahidi olmaqdan çıxarılır. 

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, bununla bağlı ölkə parlamentinə qanun layihəsi təqdim olunub. 

Sənədə əsasən, Hakkari və Şırnak bundan sonra vilayət olmayacaq, Cizre və Yüksekova isə vilayət ediləcək. Hakkarinin adının Çölemerik, Şırnakın adının isə Nuh kimi dəyişdiriləcəyi məlum olub. Hər iki şəhər rayona çevriləcək.  

Qeyd edək ki, Hakkarinin əvvəllər adı kürd dilində Colemêrgdən gelen Çölemerik, Şırnakın qədim adı da Nuhun şəhəri mənasını verən Şehr-i Nuh olub. 

Son xəbərlər

Orphus sistemi