Türkiyədə iki avtobus toqquşub, 68 nəfər yaralanıb

Türkiyədə iki avtobus toqquşub, 68 nəfər yaralanıb Yaralılar arasında uşaqlar da var
Region
23 Sentyabr , 2016 09:54
Türkiyədə iki avtobus toqquşub, 68 nəfər yaralanıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Türkiyənin Karabük əyalətinin Eskipazar rayonunda iki avtobusun toqquşması nəticəsində 68 nəfər yaralanıb.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, hadisə Karabük-Çankırı avtomobil yolunun İsmetpaşa bölgəsindən keçən hissəsində baş verib.

Məlumata görə, avtobuslardan biri TIR-a çarplıb, daha sonra isə İstanbuldan Tokata doğru hərəkət edən avtobusla toqquşub.

Yaralılar arasında uşaqlar da var. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi