Türkiyədə İŞİD-lə əlaqədar 6 minə yaxın insan tutulub

Türkiyədə İŞİD-lə əlaqədar 6 minə yaxın insan tutulub Efkan Ala: "52 min 75 nəfərin Türkiyəyə girişi qadağan edilib"
Region
31 Avqust , 2016 13:49
Türkiyədə İŞİD-lə əlaqədar 6 minə yaxın insan tutulub

Bakı. 31 avqust. REPORT.AZ/ Türkiyənin hüquq-mühafizə orqanları terrorçu İŞİD qruplaşmasına bağlı olan 5 min 803 nəfəri saxlayıb, onlardan 815-i həbs edilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Efkan Ala jurnalistlərə açıqlamasında bildirib.

"Suriyada münaqişə başlayandan terrorçu İŞİD qruplaşması ilə əlaqəsi olan 5 min 803 nəfər saxlanılıb. Onların 2200-ü xarici ölkə vətəndaşıdır. İlin əvvəlindən bu terrorçu qruplaşmaya bağlı olan 815 həbs edilib ki, onların da çoxu əcnəbilərdir. Terrorçuluğa qarşı mübarizə çərçivəsində 52 min 75 nəfərin Türkiyəyə girişi qadağan edilib", - deyə, nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi