​Türkiyədə İŞİD-in 11 üzvü tutulub

​Türkiyədə İŞİD-in 11 üzvü tutulub Həmin şəxslərin 10-u xarici ölkə vətəndaşıdır
Region
8 Fevral , 2016 15:29
​Türkiyədə İŞİD-in 11 üzvü tutulub

Bakı. 8 fevral. REPORT.AZ/ Türkiyənin Qaziantep əyalətinin Oğuzeli bölgəsində Suriyaya qanunsuz yolla keçmək istəyən terrorçu İŞİD qruplaşmasının 11 üzvü tutulub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Baş Qərargahından bildirilib.

Məlumata görə, tutulanların 10-u xarici ölkə vətəndaşıdır. Hazırda həmin şəxslər təhlükəsizlik oqranlarında sorğu-sual edilir.

Son xəbərlər

Orphus sistemi