Türkiyədə İŞİD-ə qoşulmaq üçün Suriyaya keçmək istəyənlər tutulub

Türkiyədə İŞİD-ə qoşulmaq üçün Suriyaya keçmək istəyənlər tutulub Türkiyə vətəndaşı sərbəst buraxılıb, 13 əcnəbi isə prokurorluqda sorğu-sual edildikdən sonra ölkədən çıxarılıb
Region
11 Fevral , 2015 17:44
Türkiyədə İŞİD-ə qoşulmaq üçün Suriyaya keçmək istəyənlər tutulub

Bakı.11 fevral. REPORT.AZ/ Türkiyənin Qaziantepdəki təhlükəsizlik qüvvələri İŞİD-ə qoşulmaq üçün Suriyaya keçməyə cəhd göstərən 14 nəfəri tutub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, onlardan biri Türkiyə vətəndaşı olub və o, sərbəst buraxılıb. 13 əcnəbi isə prokurorluqda sorğu-sual edildikdən sonra ölkədən çıxarılıb.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı bununla bağlı yaydığı açıqlamada bildirib ki, onlar fevralın 9-da saat 15.00-da Oğuzeli bölgəsinin Sazgın rayonunda İŞİD-ə qatılmaq üçün Türkiyədən Suriyaya keçməyə cəhd edərkən tutulublar: "İfadələrinin alınması üçün onlar Qaziantep təhlükəsizlik idarəsinə təhvil veriliblər". 

Son xəbərlər

Orphus sistemi