Bakı. 26 oktyabr. REPORT.AZ/ Türkiyənin Diyarbəkir əyalətinin Kayapınar rayonunun Hüzurevlər məhəlləsində keçirilən antiterror əməliyyat nəticəsində İŞİD-in 7 silahlısı öldürülüb, 3 terrorçu tutulub.
*** 09:26
Türkiyənin Diyarbəkir əyalətində antiterror əməliyyatı keçirilib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat nəticəsində İŞİD-in 4 silahlısı öldürülüb. Terrorçularla atışma zamanı iki polis həlak olub, ikisi yaralanıb.
Məlumata görə, əməliyyat əyalətin Kayapınar rayonunun Hüzurevlər məhəlləsində İŞİD-in təlim keçdiyi hücrə evində keçirilib.
Bölgədə əməliyyat davam etdirilir.