Türkiyədə "İncirlik" bazası qarşısında etiraz aksiyası keçirilib

Türkiyədə "İncirlik" bazası qarşısında etiraz aksiyası keçirilib Fəallar ABŞ-a qarşı şüarlar səsləndiriblər
Region
29 İyul , 2016 12:30
Türkiyədə İncirlik bazası qarşısında etiraz aksiyası keçirilib

Bakı. 29 iyul. REPORT.AZ/ "Anadolu" Gənclər Assosiasiyasının fəalları Türkiyənin cənubunda yerləşən "İncirlik" aviabazasının qarşısında etiraz aksiyası keçirib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, fəallar ABŞ-a qarşı şüarlar səsləndiriblər və ölkə vətəndaşlarını bu cür aksiyalara qoşulmağa çağırıblar.

Qeyd edək ki, "İncirlik" hava bazası Türkiyənin cənubunda, Adana vilayətində yerləşir. Baza ABŞ və Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunur, onun fəaliyyəti isə iki ölkə arasındakı hərbi və iqtisadi əməkdaşlıq haqqında saziş ilə tənzimlənir.

Son xəbərlər

Orphus sistemi