Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyədə hərbi çevriliş cəhdinə görə daha bir general saxlanıb.
"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, bu, Türkiyə Quru Qoşunlarının Təlim və Doktrina Komandanlığınin (EDOK) müxabirləşmə və müxabirləşməyə dəstək təhsili komandanı, korgeneral Metin İyidildir.
Qeyd edək ki, iyulun 15-də gecə saatlarında Türkiyədə bir qrup hərbçi çevriliş yolu ilə qanuni hakimiyyəti devirməyə cəhd göstərib.