​Türkiyədə hərbçilərə təslim olan terrorçuların sayı 72-yə çatıb

​Türkiyədə hərbçilərə təslim olan terrorçuların sayı 72-yə çatıb Təslim olanlardan biri qadındır
Region
27 May , 2016 15:54
​Türkiyədə hərbçilərə təslim olan terrorçuların sayı 72-yə çatıb

Bakı. 27 may. REPORT.AZ/ Türkiyənin Mardin əyalətinin Nusaybin bölgəsində keçirilən antiterror əməliyyatları nəticəsində terrorçu PKK qruplaşmasının daha 5 silahlısı hərbçilərə təslim olub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, təslim olanlardan biri qadındır.

Məlumata görə, təhlükəsizlik qüvvələrinin "Təslim ol!" çağırışına cavab olaraq terrorçular ağ bayraq qaldırıblar.

Qeyd edək ki, bununla da son 3 gündə Nusaybində təslim olan terrorçuların sayı 72-yə çatıb. 

Son xəbərlər

Orphus sistemi