Bakı. 13 avqust. REPORT.AZ/ Türkiyənin cənub-şərqindəki Bingöl vilayətində PKK terrorçuları ilə hərbçilər arasında baş verən atışma zamanı bir əsgər minaya düşüb.
"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, Bingöl Dövlət Xəstəxanasına ağır yaralı olaraq çatdırılan hərbçinin həyatını xilas etmək mümkün olmayıb.
Bölgədə atışmaların davam etdiyi bildirilir.