Türkiyədə hakim partiyaya dəstək verənlərin sayı artıb

Türkiyədə hakim partiyaya dəstək verənlərin sayı artıb Rəyi soruşulanların 56,1 faizi prezident idarəetmə sisteminə dəstək verəcəklərini bildiriblər
Region
5 Fevral , 2016 10:50
Türkiyədə hakim partiyaya dəstək verənlərin sayı artıb

Bakı. 5 fevral. REPORT.AZ/ Türkiyədə siyasi partiyaların reytinqi ilə bağlı yeni rəy sorğusunun nəticələri açıqlanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, "ORC" (Obyektiv Araşdıma Mərkəzi) Sosial Araşdıma Mərkəzinin "Xalqın prezidentlik idarəetmə sisteminə baxışı" sorğu-araşdırması nəticəsində hakim Ədalət və İnkişaf Partiyasını dəstəkləyənlərin sayının çoxaldığı məlum olub. 

Məlumata görə, mərkəz yanvarın 27-dən fevralın 3-dək Türkiyənin 30 böyük şəhərində, 8 min 329 nəfər arasında üzbəüz rəy sorğusu keçirib.

"Bu bazar seçki keçirilsəydi hansı partiyaya səs verərdiniz" sualına verilən cavabların nətcəsi belə olub: 52 faizi Ədalət və İnkişaf Partiyasına, 19,6 faiz Cümhuriyyət Xalq Partiyasına, 10,6 faiz Milliyyətçi Hərəkat Partiyasına, 9,2 faiz isə Xalqların Demokratik Partiyasına və başqalarına səs verə biləcəyini söyləyib. 

Rəyi sorşulanların 51 faizi Türkiyənin daha da güclənəcəyinə inandıqlarını, 56,1 faiz isə prezident idarəetmə sisteminə dəstək verəcəklərini bildiriblər.

Qeyd edək ki, 2015-ci il noyabırn 1-də Türkiyə Böyük Millət Məclisinə (TBMM) 26-cı çağırış seçkilərinin rəsmi nəticələrinə əsasən, hakim Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 49,6 faizini (317 yer), Cümhuriyyət Xalq Partiyası (CHP) 25,22 faizini (134 yer), Milliyyətçi Hərəkat Partiyası (MHP) 11,7 faizini (40 yer), Xalqların Demokratik Partiyası (HDP) 10,86 faizini (müstəqil deputatlarla birlikdə 59 yer) qazanıb.

Son xəbərlər

Orphus sistemi