​Türkiyədə hakim partiyadan olan bələdiyyə sədri qətlə yetirilib

​Türkiyədə hakim partiyadan olan bələdiyyə sədri qətlə yetirilib Onun sürücüsü döş qəfəsindən yaralanıb
Region
26 May , 2015 13:05
​Türkiyədə hakim partiyadan olan bələdiyyə sədri qətlə yetirilib

Bakı. 26 may. REPORT.AZ/ Türkiyənin Bursa vilayətinin Gürsu rayonu bələdiyyəsinin sədri Cüneyt Yıldız vəzifə səlahiyyətlərini icra edərkən, aldığı güllə yarasından xəstəxanada vəfat edib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xəbərə görə, bir neçə gün öncə hakim Ədalət və İnkişaf Partiyasının üzvü olan 40 yaşlı Cüneyt Yıldıza başından atəş açılıb. Ona yardım etmək istəyən mühafizəçisi, eyni zamanda sürücüsü Yener Şimşək də döş qəfəsindən yaralanıb.

Məlumatda bildirilib ki, sürücünün sağlıq durumu sabitdir.


Son xəbərlər

Orphus sistemi