​Türkiyədə "Güllüoğlu Baklavaları" şirkətində axtarış aparılıb

​Türkiyədə "Güllüoğlu Baklavaları" şirkətində axtarış aparılıb FETÖ-nün işi ilə bağlı 187 şübhəli iş adamının tutulması haqda qərar verib
Region
18 Avqust , 2016 10:47
​Türkiyədə Güllüoğlu Baklavaları şirkətində axtarış aparılıb

Bakı. 18 avqust. REPORT.AZ/ Fətullahçı terror təşkilatına (FETÖ) qarşı başlayan istintaq tədbilrəi çərçivəsində Türkiyənin 15 əyalətində "Aydınlı qrup", "Eroğlu Holding" və "Güllüoğlu Baklavaları" şirkətlərində axtarış aparılıb.

"Report" Haber7-yə istinadən xəbər verir ki, nəzarət altına alınanlar siyahısında TUSKON-un (Türkiyə İş adamları və Sənayeçiləri Konfederasiyası) sədri Rızanur Meral da var.

Adıçəkilən şirkətlər TUSKON-un üzvləridir.

Xəbərdə bildirilib ki, eyni vaxtda keçirilən əməliyyat-axtarış tədbirlərində min polis əməkdaşı iştirak edib.

Məlumata görə, İstanbul Prokurorluğu Terrora və Mütəşəkkil Cinayətlərə qarşı bürösunun rəhbəri FETÖ-nün işi ilə bağlı 187 şübhəli iş adamının tutulması haqda qərar verib. Məhkəmənin qərarına əsasən, həmin şübhəlilərin yaşadıqlar və işlədikləri ünvanlarda axtarış başlayıb.

"Aydınlı Qrup"u İdarə Heyətinin sədri Ömər Faruk Kaviurmacı evində və iş yerində axtarış aparılıb. 187 nəfərlik siyahıda "Eroğlu Holding"in başçısı Nurettin Eroğlu, "Güllüoğlu Baklavaları"nın sahibləri Faruk Güllüoğlu və Neyat Güllüoğlunun da adları var.

Onların FETÖ-nü maliyyələşdirməkdə şübhəli bilindiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi