​Türkiyə kəşfiyyatı Gülən tərəfdarlarının şifrlənmiş yazışmalarını ələ keçirib

​Türkiyə kəşfiyyatı Gülən tərəfdarlarının şifrlənmiş yazışmalarını ələ keçirib Hazırda bununla bağlı geniş təhqiqat aparılır
Region
30 İyul , 2016 23:27
​Türkiyə kəşfiyyatı Gülən tərəfdarlarının şifrlənmiş yazışmalarını ələ keçirib

Bakı. 30 iyul. REPORT.AZ/ Türkiyənin kəşfiyyat orqanları ölkədə iyulun 15-dən 16-a keçən gecə baş vermiş hakimiyyət çevrilişinə cəhddə iştirak etmiş Fətullah Gülən tərəfdarlarının şifrlənmiş yazışmalarını ələ keçirib.

"Report"un məlumatına görə, bu barədə Türkiyənin hakimiyyət orqanındakı mənbəyə istinadən "Reyter" agentliyi xəbər yayıb.

Məlumata görə, hazırda yazışmalarla bağlı geniş təhqiqatlar aparılır.

İyulun 16-a keçən gecə Türkiyədə baş vermiş hakimiyyət çevrilişinə cəhdin qarşısını alan zaman 246 nəfər ölkə vətəndaşı ölüb, 2000-dən çox insan yaralanıb. 

Son xəbərlər

Orphus sistemi