Türkiyədə FETÖ-yə üzv olmaqda şübhəli bilinən daha 56 nəfər tutulub

Türkiyədə FETÖ-yə üzv olmaqda şübhəli bilinən daha 56 nəfər tutulub Tutulanlar arasında Adana Təhlükəsizlik İdarəsi rəisinin keçmiş müavini İsmail Bilgin, polis əməkdaşları, həkimlər və müəllimlər var
Region
19 Avqust , 2016 10:12
Türkiyədə FETÖ-yə üzv olmaqda şübhəli bilinən daha 56 nəfər tutulub

Bakı. 19 avqust. REPORT.AZ/ Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində daha 56 nəfər şübhəli şəxs tutulub. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, onlardan 18 nəfəri ölkənin Adana şəhərində saxlanılıb.

Məlumata görə, həmin şəxslər FETÖ-nu maliyyələşdirməkdə şübhəli bilinirlər. Tutulanlar arasında Adana Təhlükəsizlik İdarəsi rəisinin keçmiş müavini İsmail Bilgin, polis əməkdaşları, həkimlər və müəllimlər də var.

FETÖ-nun dövlət çevrilişi cəhdi ilə bağlı başlanılan cinayət işi üzrə bir müddət əvvəl TRT kanalının 43 əməkdaşı saxlanılmışdı. Saxlanılan şübhəlilərdən 19 əməkdaş barəsində həbs qətimkan tədbiri seçilib, 20-nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Televiziyanın 4 əməkdaşı isə prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılıb. 

Ölkənin Mardin bölgəsində FETÖ-yə bağlı "əyalət və rayonun abi və ablaları"ından ibarət 22 nəfərlik dəstə saxlanıldığı haqda məlumat yayılıb. Onlardan 19-u barəsində həbs qətiimkan tədbiri seçildiyi bildirilib. Məlumata əsasən, onların 9-u müəllim, 3 tibb bacısı, biri isə yüksək vəzifəli zabitdir. 

Son xəbərlər

Orphus sistemi