Türkiyədə prokurorun FETÖ ilə bağlı hazırladığı ittiham aktı məhkəmə tərəfindən qəbul edilib

Türkiyədə prokurorun FETÖ ilə bağlı hazırladığı ittiham aktı məhkəmə tərəfindən qəbul edilib İttihamnamədə cinayət işi üzrə şübhəli şəxs qismində 73 nəfərin adı keçir
Region
22 İyul , 2016 16:36
Türkiyədə prokurorun FETÖ ilə bağlı hazırladığı ittiham aktı məhkəmə tərəfindən qəbul edilib

Bakı. 22 iyul. REPORT.AZ/ Türkiyənin Ankara 4-cü Ağır Cəza Məhkəməsində prokurorun Fətullahçı terror təşkilatı (FETÖ) ilə bağlı hazırladığı ittiham aktı qəbul edilib. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, ittihamnamədə cinayət işi üzrə şübhəli şəxs qismində 73 nəfərin adı keçir. Onların arasında FETÖ-nun rəhbəri Fətullah Gülənin də adı var. 

Məlumata görə, məhkəmənin ilk hazırlıq iclası bu il noyabrın 22-25-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi