Bakı. 31 iyul. REPORT.AZ/ Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı mübarizə tədbirləri ilə əlaqədar fəaliyyəti dayandırılmış "Zaman" qəzetinin 6 əməkdaşı həbs edilib.
"Report" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Məlumata görə, məhkəmə dövlət çevrilişinə cəhd hadisəsinin istintaqı prosesində şübhəli bilinən Ali Bulaç, Şahin Alpay, Ahmet Turan Alkan, Mustafa Ünal, Nuriye Ural, Lale Kemal təxəllüsü ilə tanınan Lalezar Sarıibrahimoğlu barəsində həbs qərarını qəbul edib.