Türkiyədə enerjinin tənzimlənməsi üzrə beynəlxalq forum keçiriləcək

Türkiyədə enerjinin tənzimlənməsi üzrə beynəlxalq forum keçiriləcək Tədbirdə prezident Rəcəb Tayyib Ərdoğanın çıxış edəcəyi gözlənilir
Region
18 May , 2015 15:47
Türkiyədə enerjinin tənzimlənməsi üzrə beynəlxalq forum keçiriləcək

Bakı. 18 may. REPORT.AZ/ İstanbulda Enerji Tənzimlənməsi üzrə VI Beynəlxalq Forum keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Xəbərə görə, forum mayın 25-28-də İstanbulun Lütfi Kırda adına Beynəlxalq Mədəniyyət Mərkəzinin Qurultaylar sarayında keçiriləcək.

Tədbirə enerji bazarını tənzimləyən siyasətçilər, şirkət təmsilçiləri, enerji bazarında fəaliyyət göstərən şəxslər, maliyyə müəssisələri təmsilçiləri, alimlər və 5 qitənin istehlakçılarının nümayəndələri qatılacaqlar.

Forumda kommersiya fəaliyyətinə innovasiyaların təsiri kimi məsələlər də müzakirə olunacaq.

Mayın 26-da "Dəyişikliklərin faydası" mövzusundakı sessiyada siyasi dəyişikliklərin təsiri və texnoloji nailiyyətlərin nəticələri müzakirə ediləcək.

Forumun açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxış edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi