Bakı. 6 iyun. REPORT.AZ/ Türkiyənin cənubunda ekskursiya avtobusunun suvarma kanalna düşməsi nəticəsində 14 nəfər ölüb, daha 26 nəfər yaralanıb.
"Report" "Daily Sabah"a istinadən xəbər verir ki, hadisə baş verən zaman avtobusda orta məktəb müəllim və şagirdləri, onların valideynləri olub.
Onlar Osmaniyyə şəhərinə ekskursiyaya gediblər.
Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
Ölənlər arasında 6 uşaq var. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.