Türkiyədə Əhməd Davudoğlunun rəhbərliyi ilə müvəqqəti hökumət qurulacaq

Türkiyədə Əhməd Davudoğlunun rəhbərliyi ilə müvəqqəti hökumət qurulacaq Prezident Rəcəb Tayyib Ərdoğan AKP sədrinə müvəqqəti hökumət qurmağı tapşırıb
Region
25 Avqust , 2015 15:30
Türkiyədə Əhməd Davudoğlunun rəhbərliyi ilə müvəqqəti hökumət qurulacaq

Bakı. 25 avqust. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğluna müvəqqəti hökumət qurmağı tapşırıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, görüş bir saat yarım çəkib.

Qeyd edək ki, mandatı aldıqdan sonra Əhməd Davudoğlu 5 gün ərzində hökumət qurmalıdır. Müvəqqəti hökumət parlamentdə səsvermə ilə təsdiqlənmir. Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) növbədənkənar seçkiyədək ölkəni idarə edəcək hökumətdə təmsil olunmayacaqlarını əvvəldən bəyan edib. Ona görə də müvəqqəti hökumətin AKP, Xalqların Demokratik Partiyası (HDP) və tərəfsiz millət vəkillərindən qurulacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi