Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı yeni fotoşəkillər üzə çıxıb

Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı yeni fotoşəkillər üzə çıxıb Şəkillər arasında Baş Qərərgah rəisi, ordu generalı Hulusi Akarın əsgərlər tərəfindən qərərgahdan çıxarılması da var
Region
23 Avqust , 2016 20:56
Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı yeni fotoşəkillər üzə çıxıb

Bakı. 23 avqust. REPORT.AZ/ Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) bu il iyunun 15-də dövlət çevrilişinə cəhd göstərməsi zamanı Silahlı Qüvvələrin Baş Qərərgahında baş verən hadisələri göstərən yeni fotoqraflar üzə çıxıb.

"Report"un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, fotoqraflar arasında Baş Qərərgah rəisi, ordu generalı Hulusi Akarın dövlət çevrilişinə cəhd edən əsgərlər tərəfindən qərərgahdan çıxarılması və Quru Qoşunları Komandanı, ordu generalı Salih Zeki Çolakın yerə uzadılaraq qandallandığı anlar yer alıb.

Dövlət çevrilişinə cəhdlə bağlı aparılan araşdırma çərçivəsində toplanan sənədlərə əlavə olunan fotoqraflar Baş Qərərgahdakı təhlükəsizlik kamerasından əldə edilib. 

Şəkillərdə FETÖ-dan çevriliş cəhdində təlimat alan əsgər və zabitlərin Baş Qərərgahda hər şeyi alt-üst etdikləri anlar da görünür.

Son xəbərlər

Orphus sistemi