Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbula Atatürk hava limanına enib. “Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) yaydığı bəyanatda ölkədə baş vermiş qiyam cəhdinin yatırıldığı bildirilib.
Türkiyənin baş kəşfiyyat idarəsi olan Milli İstihbarat Təşkilatının (MİT) mətbuat müşaviri Nuh Yılmaz, ölkədə baş vermiş qiyam cəhdi ilə bağlı açıqlama verib: “Qiyam yatırıldı, bu qiyamın iştirakçısı olanlar "vətənə xəyanət" maddəsi ilə məsuliyyətə cəlb olunacaqlar”.