Türkiyədə dövlət çevrilişi cəhdində iştirak edən hərbçilərin sayı açıqlanıb

Türkiyədə dövlət çevrilişi cəhdində iştirak edən hərbçilərin sayı açıqlanıb Türkiyə Silahlı Qüvvələrinin 35 təyyarə, 37 helikopter, 74 tank və 3 gəmisindən istifadə edilib
Region
27 İyul , 2016 14:25
Türkiyədə dövlət çevrilişi cəhdində iştirak edən hərbçilərin sayı açıqlanıb

Bakı. 27 iyul. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı dövlət çevrilişi cəhdində iştirak edən hərbçilərin sayını açıqlayıb. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, məlumatda Fətullahçı terror təşkilatının (FETÖ) 15 iyul dövlət çevrilişi cəhdinə 8 651 hərbçinin qartıldığı bildirilir. 

"Dövlət çevrilişi cəhdində 1 214 müdavim, 1 676 əsgər və 5 761 zabit və gizir iştirak edib. Bu da Türkiyə Silahlı Qüvvələrinin mövcud personalının 1,5 faizini təşkil edir", - deyə açıqlamada qeyd olunub. 

Məlumatda, həmçinin dövlət çevrilişi cəhdində Türkiyə Silahlı Qüvvələrinin 35 təyyarə, 37 helikopter, 74-ü tank olmaqla 246 zirehli hərbi maşın, 3 gəmi və 3 992 silahından istifadə edildiyi vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi