Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı 9 056 nəfər barəsində həbs qətimkan tədbiri seçilib

Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı 9 056 nəfər barəsində həbs qətimkan tədbiri seçilib 143 general, 3 168 müxtəlif rütbəli hərbçi, 1 181 əsgər, 736 müdavim, 918 polis və 835 mülki şəxs həbsxanaya göndərilib
Region
26 İyul , 2016 15:52
Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı 9 056 nəfər barəsində həbs qətimkan tədbiri seçilib

Bakı. 26 iyul. REPORT.AZ/ Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı 9 056 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, onlardan 134 nəfəri Türkiyə Ali və Kassasiya məhkəmələrinin üzvləridir. Ümumilikdə məhkəmə tərəfindən 1 348 hakim və 737 prokuror barəsində həbs qərarı verilib. 

Məlumata görə, 143 general, 3 168 mayor, zabit, gizir və digər kiçik rütbəli hərbçi, 1 181 əsgər, 736 müdavim, 918 polis və 835 mülki şəxs həbsxanaya göndərilib. 

Son xəbərlər

Orphus sistemi