​Türkiyədə "donuz qripi"ndən ölənlərin sayı 57 nəfərə çatıb

​Türkiyədə "donuz qripi"ndən ölənlərin sayı 57 nəfərə çatıb Ölkədə 280 nəfərdə bu virus aşkar edilib
Region
28 Yanvar , 2016 16:45
​Türkiyədə donuz qripindən ölənlərin sayı 57 nəfərə çatıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Dekabr-yanvar aylarında Türkiyədə H1N1 virusuna ("donuz qripi") yoluxanlardan 57 nəfəri həyatını itirib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Mehmet Müəzzinoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyədə 280 nəfərdə bu virus aşkar edilib.

Qeyd edək ki, Rusiyada "donuz qripi"ndən ölənlərin sayı artıq 107 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi