​Türkiyədə deputat terrorçuluğu təbliğ etməkdə ittiham olunur

​Türkiyədə deputat terrorçuluğu təbliğ etməkdə ittiham olunur Başkale prokurorluğu ona qarşı iddianı Ədliyyə Nazirliyinin Cəza İşləri üzrə Baş İdarəsinə göndərib
Region
15 Sentyabr , 2015 20:50
​Türkiyədə deputat terrorçuluğu təbliğ etməkdə ittiham olunur

Bakı. 15 sentyabr. REPORT.AZ/ Türkiyənin Tunceli əyalətinin Nazımiyə rayonunda terrorçunun basdırılması mərasimində iştirak etdiyi üçün Xalqların Demokratik Partiyasının (HDP) Vandan olan deputatı Tuğba Hezer haqqında "terrorçu qruplaşmanın təbliğatını aparmaq" ittihamı ilə cinayət işi açılıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Başkale prokurorluğu ona qarşı iddianı Türkiyə Böyük Millət Məclisinə təqidm etmək üçün Ədliyyə Nazirliyinin Cəza İşləri üzrə Baş İdarəsinə göndərib.

Cinayəti təsdiqlənəcəyi halda, terrorçuluğu təbliğ etməkdə ittiham olunan deputat bir ildən beş ilədək azadlıqdan məhrum ediləcək. 

Son xəbərlər

Orphus sistemi