Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyənin Diyarbakır vilayətində PKK terrorçularının hücumu nəticəsində 1 hərbçi şəhid olub.
"Report"un "NTV" telekanalına istinadən verdiyi xəbərə görə, hadisə vilayətin Sur rayonunda baş verib.
Bölgədə terrorçulara qarşı əməliyyatlar davam edir.