Türkiyənin cənub-şərqində şəhid olan xüsusi təyinatlıların sayı 7 nəfərə çatıb - YENİLƏNİB

Türkiyənin cənub-şərqində şəhid olan xüsusi təyinatlıların sayı 7 nəfərə çatıb - YENİLƏNİB Dörd hərbçi xilas edilib
Region
20 Fevral , 2016 02:19
Türkiyənin cənub-şərqində şəhid olan xüsusi təyinatlıların sayı 7 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 20 fevral. REPORT.AZ/ Türkiyənin Diyarbəkir əyalətinin Sur rayonunda təhlükəsizlik qüvvələrinin olduğu binanın çökməsi nəticəsində şəhid olan hərbçilərin sayı 7-yə çatıb.

"Report"-un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, dağıntılan altından 4 hərbçi xilas edilib. 

Hadisənin səbəbləri araşdırılır.

*** 14.17

Bakı. 19 fevral. REPORT.AZ/ Türkiyənin Diyarbəkir əyalətinin Sur rayonunda içərisində təhlükəsizlik qüvvələrinin olduğu binanın çökməsi nəticəsində 3 nəfər hələ də dağıntılar altındadır. 

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xüsusi təyinatlı dəstənin 12 üzvünün olduğu bina məlum olmayan səbəbdən çöküb, onların 9-u dağıntı altından çıxarılsa da, üçünün xilas edilməsi üçün tədbirlər görülür. 

Son xəbərlər

Orphus sistemi