Bakı. 28 avqust. REPORT.AZ/ Türkiyənin cənub-şərqində ağır yol qəzası baş verib.
"Report"un məlumatına görə, bu barədə "CNN Türk" xəbər yayıb.
Məlumata görə, hadisə Adıyaman şəhəri yaxınlığında baş verib. Bingöl-Adıyaman marşrutu ilə hərəkət edən sərnişin avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 7 nəfər ölüb. Ölənlərdən 2-nin uşaq olduğu bildirilir.
Qəza zamanı daha 10 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Xəsarət alanlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
Polis hadisənin başvermə səbəblərini araşdırır.