Bakı. 2 oktyabr. REPORT.AZ/ Türkiyədə terror aktı baş verib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə Hakkari vilayətinin Çukurca rayonunda qeydə alınıb.
Məlumata görə, PKK terrorçuları rayonun Dağbaşı bölgəsində hərbçilərə hücum edib. Nəticədə 1 əsgər şəhid olub, 5-i yaralanıb.
Yaralı əsgərlər Hakkari Dövlət Xəstəxanasına yerləşdirilib.
Bölgədə terrorçulara qarşı havadan dəstək verilən əməliyyat başlayıb.