Türkiyədə "Balyoz" işinə baxan hakim barəsində həbs qətimkan tədbiri seçilib

Türkiyədə "Balyoz" işinə baxan hakim barəsində həbs qətimkan tədbiri seçilib İstanbul 10-cu Ağır Cəza Məhkəməsinin keçmiş sədri Uşak məhkəməsinin qərarı ilə həbsxanaya göndərilib
Region
21 İyul , 2016 12:56
Türkiyədə Balyoz işinə baxan hakim barəsində həbs qətimkan tədbiri seçilib

Bakı. 21 iyul. REPORT.AZ/ Türkiyədə "Balyoz" işinə baxan hakim barəsində həbs qətimkan tədbiri seçilib. 

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, Ömer Diken Uşak Baş Prokurorluğunun göstərişi ilə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.  

İstanbul 10-cu Ağır Cəza Məhkəməsinin keçmiş sədri Uşak məhkəməsinin qərarı ilə həbsxanaya göndərilib. 

Qeyd edək ki, “Balyoz” adlı cinayət işi çərçivəsində aralarında istefada olan ordu generalları və admiralların da olduğu çoxlu sayda istefada və fəaliyyətdə olan zabit həbs edilmişdi. 

Son xəbərlər

Orphus sistemi