​Türkiyədə avtomobil qəzası nəticəsində 5 fəhlə ölüb, 30-u yaralanıb

​Türkiyədə avtomobil qəzası nəticəsində 5 fəhlə ölüb, 30-u yaralanıb Qəza səbəbindən Qazipaşa-Anamur yolu 2 saat bağlı qalıb
Region
29 Yanvar , 2015 12:23
​Türkiyədə avtomobil qəzası nəticəsində 5 fəhlə ölüb, 30-u yaralanıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Türkiyədə fəhlələri daşıyan avtobusla yük maşınının toqquşması nəticəsində 5 nəfər ölüb, azı 30 nəfər yaralanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Antalyanın Qazıpaşa rayonunun Zeytinada məhəlləsində, Qazipaşa-Anamur yolunda baş verib.

Qəza səbəbindən yol 2 saat bağlı qalıb. 

Son xəbərlər

Orphus sistemi