Bakı. 9 yanvar. REPORT.AZ/ Türkiyənin Balıkesir əyalətinin Havran rayonunda mühacirlərin mindiyi avtobusun aşması nəticəsində sürücü və 7 qaçqın həyatını itirib, 42 sərnişin yaralanıb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, avtobusda ölkələrindəki daxili müharibə və münaqişədən qaçaraq, Türkiyədə sığınan, oradan isə Yunanıstana keçmək istəyən qaçıqınlar olub.
Baş verən qəza ilə bağlı cinayət işi açılıb.