​Türkiyədə antiterror əməliyyatı nəticəsində 20 terrorçu zərərsizləşdirilib

​Türkiyədə antiterror əməliyyatı nəticəsində 20 terrorçu zərərsizləşdirilib Terrorçu PKK qruplaşmasının 5 silahlısı təslim olub
Region
2 Mart , 2016 10:01
​Türkiyədə antiterror əməliyyatı nəticəsində 20 terrorçu zərərsizləşdirilib

Bakı. 2 mart. REPORT.AZ/ Türkiyənin Diyarbəkir əyalətinin Sur rayonunda keçirilən antiterror əməliyyatı nəticəsində 20 terrorçu zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, terrorçu PKK qruplaşması silahlıları Surda qərargah kimi istifadə etdikləri binadan atəş açıb. Onlara topla cavab atəşi verilib. Nəticədə bina uçub və dağıntı altında qalan 20 terrorçu ölüb. PKK-nın 5 silahlısı isə təslim olub.

Bu rayonda 2015-ci il dekabrın 2-dən başlanılan antiterror əməliyyatı nəticəsində 243 terrorçu məhv edilib, 245 əldəqayırma partlayıcı zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi