Türkiyədə ağır yol qəzası baş verib: 11 ölü, 4 yaralı - VİDEO

Türkiyədə ağır yol qəzası baş verib: 11 ölü, 4 yaralı - VİDEO Erciş-Van avtomobil yolunda tələbələri daşıyan mikroavtobus yük maşını ilə toqquşub
Region
12 Dekabr , 2015 12:31
Türkiyədə ağır yol qəzası baş verib: 11 ölü, 4 yaralı - VİDEO

Bakı. 12 dekabr. REPORT.AZ/ Türkiyənin Van şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, qəzada əksəriyyəti tələbələr olmaqla, 11 nəfər ölüb, 4 nəfər yaralanıb.

Belə ki, Erciş rayonundan Vana hərəkət edən mikroavtobus Erciş-Van avtomobil yolunda qarşı tərəfdən gələn yük maşını ilə toqquşub.

Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi