Türkiyədə 84 min məmur sərəncama göndərilib

Türkiyədə 84 min məmur sərəncama göndərilib Süleyman Soylu: "FETÖ ilə yaxınlığı və ya əlaqələri olmayanlar öz vəzifələrinə qaytarılacaq"
Region
20 Avqust , 2016 15:00
Türkiyədə 84 min məmur sərəncama göndərilib

Bakı. 20 avqust. REPORT.AZ/ "Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində 84 min nəfər dövlət qulluqçusu sərəncama göndərilib".

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, bunu Türkiyənin əmək və sosial müdafiə naziri Süleyman Soylu Ərzurum Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Sekmenlə görüşündə bildirib.

Onun sözlərinə görə, 8 minə yaxın məmur isə dövlət qulluğundan xaric ediləcək: "FETÖ ilə yaxınlığı və ya əlaqələri olmayanlar öz vəzifələrinə qaytarılacaq". 

Son xəbərlər

Orphus sistemi