Türkiyədə 586 polkovnik təqaüdə göndərilib, zabitlərin hərbi xidmət müddəti azaldılıb

Türkiyədə 586 polkovnik təqaüdə göndərilib, zabitlərin hərbi xidmət müddəti azaldılıb Türkiyə Ali Hərbi Şurasının avqustun 23-də keçirilən toplantısının qərarları açıqlanıb
Region
23 Avqust , 2016 17:49
Türkiyədə 586 polkovnik təqaüdə göndərilib, zabitlərin hərbi xidmət müddəti azaldılıb

Bakı. 23 avqust. REPORT.AZ/ Türkiyə Ali Hərbi Şurasının (YAŞ-Yüksek Asgeri Şura) avqustun 23-də keçirilən və 1 saat 20 dəqiqə davam edən toplantısının qərarları açıqlanıb. 

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şuranın qərarlarını təsdiqləyib.  

Qərara əsasən, Silahlı Qüvvələrin zabitlərinin hərbi xidmət müddəti 28 ilə endirilib.

Bundan başqa, 434 polkovnikin hərbi xidmət müddəti 2 il uzadılıb, 586 polkovnik isə təqaüdə göndərilib.

Son xəbərlər

Orphus sistemi