​Türkiyədə 50-yə yaxın terrorçu zərərsizləşdirilib

​Türkiyədə 50-yə yaxın terrorçu zərərsizləşdirilib Həmin terrorçuların yerini pilotsuz uçan aparatlar müəyyənləşdirib
Region
17 Sentyabr , 2015 15:04
​Türkiyədə 50-yə yaxın terrorçu zərərsizləşdirilib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Türkiyənin Tunceli əyalətinin Ovacık rayonunun Asılca və Otlubahçe kəndlərində keçirilən antiterror əməliyyatı nəticsində ilkin məlumata görə 50-yə yaxın PKK terrorçusu zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, həmin terrorçuların yerini pilotsuz uçan aparatlar müəyyənləşdirib. Bunun ardınca həmin əraziyə helikopterlər uçub.

Xəbərə görə, bölgədə əsgərlər, jandarm və polis qüvvələri əməliyyat keçirib. Havadan və qurudan keçirilən əməliyyat nəticəsində çoxlu sayda terrorçunun zərərsizləşdirildiyi bildirilib. 

Son xəbərlər

Orphus sistemi