Bakı. 11 noyabr. REPORT.AZ/ Türkiyənin Şırnak bölgəsinin Silopi rayonunda terrorçular tərəfindən yola basdırılmış bombanın partladılması nəticəsində 3 polis şəhid olub, bir nəfər yaralanıb.
Anadolu Agentliyinin məlumatına görə, eyni üsulla Diyarbəkir-Silvan avtomobil yolunda törədilmiş daha bir terrorda isə 21 əsgər yaralanıb. Hər iki bölgədə antiterror əməliyyatının davam etdirildiyi bildirilir.